Ermənilər savaş istəyirlərsə, alacaqlar həmin savaşı…

02.08.2014 - 12:47

“İnanıram ki, erməni separatçılarının cəbhə bölgəsindəki təxribatı cavabsız qalmayacaq. Layiq olduqları cavabı alacaqlar”

Bunu facebook səhifəsində deputat Adil Əliyev yazıb.
Onun sözlərinə görə, ermənilər Azərbaycanın son illər müxtəlif
istiqamətlərdə əldə etdiyi uğurlara qısqandıqlarından təxribata əl
atıblar: “Axı Ermənistan inkişafa acdır, əhalisi günbəgün azalır,
iqtisadiyyatı dağılır, Rusiyanın köməyi olmadan bir gün də tab
gətirməzlər. Ona görə də yeganə “çarə” kimi bölgədə gərginliyi
artırmaqda görürlər. Əvvəlcə soydaşlarımızı Kəlbəcərdə girov götürərək
onlara işgəncə verdilər, indi də hərbçilərimizi hədəf aldılar. Ağdamı və
bütövlükdə Azərbaycanı təmsil edən “Qarabağ” futbol komandasının
qələbələri, Avropada tanınması da erməniləri hövsələdən çıxarmamış
deyil. O biri tərəfdən ermənilərin uzun illər sadiq tərəfdarı Vladimir
Jirinovskinin qəfil Azərbaycanı tərifləməsi, o cümlədən Rusiyalı
rəsmilərin Azərbaycana artan səfərləri, iki ölkə arasında hərbi
əməkdaşlığın genişlənməsi ermənilərin “Birdən Rusiya Ermənistanı
Azərbaycana qurban verər və Dağlıq Qarabağ əldən gedər” kimi xofun
içində olduğunu göstərir. Bu xofdan qurtulmağın yeganə yolunu isə
təxribata əl atmaqda görürlər. Ermənilər savaş istəyirlərsə, alacaqlar
həmin savaşı. Onlar bu təxribatları ilə əslində Qarabağ və ətraf
rayonların azad olunması gününü yaxınlaşdırırlar. Çünki bizim savaşa
onlardan çox ehtiyacımız var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların
qanı yerdə qalmayacaq”. (mediapost.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=10434

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31