Zakir Həsənov ağır texnikanı cəbhə xəttinə yeritdi
Goranboy istiqamətindən Azərbaycan
Ordusuna məxsus ən müasir tanklar və zirehli döyüş maşınları cəbhə
xəttinə göndərilib. Hazırda cəbhədə olan general-polkovnik Zakir
Həsənovun əmrilə Azərbaycan Ordusu birinci dərəcəli döyüş hazırlığı
vəziyyətinə gətirilib və ağır hərbi texnika cəbhə xəttinin ən qaynar
istiqamətlərinə çıxarılıb.
Hazırlıq əməliyyatlarına Zakir Həsənovun səhra qərargahından şəxsən nəzarət etdiyi qeyd olunur.
Xatırladaq
ki, az öncə cəbhənin Tərtər istiqamətindən hərbi helikopterlər və
qırıcıların havaya qaldırılması barədə məlumat vermişik. Qarşı tərəfdə
hər hansı fəallıq müşahidə olunmur. (axar.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=10435