Pərviz Həşimli doğum gününü həbsxanada qarşıladı

02.08.2014 - 13:38

Avqustun 1-də həbsdəki tanınmış jurnalist, vicdan məhbusu Pərvizi
Həşimlinin doğmu günü idi. Jurnalist 33 yaşını ailə üzvləri ilə birgə
həbsxanada qarşılayıb. Həyat yoldaşı İlahə Həşimova bizimyol.info-ya
bildirdi ki, Pərvizin durumu normaldır: “Zeynəb atasını təbrik etdi,
növbəti doğum gününü öz evimizdə keçirməsini arzuladı”.
Pərviz
Həşimlinin işi apellyasiya mərhələsindədir. Vəkilləri hazırlıq
iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti verdikləri üçün
məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Jurnalist
ötən il sentyabrın 17-də MTN əməkdaşalrı tərəfindən həbs olunub. Ona
qarşı Cinayət Məcəlləsinin iki maddəsi-qaçaqmalçılıq və qanunsuz silah
saxlama maddələri ilə cinayət işi qaldırılıb. Məhkəmə barəsinə 8 ill
həbs qərarı verib.
Beynəlxalq Aministiya Təşkilatı P.Həşimlini vicdan məhbusu elan edib.(bizimyol.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=10440

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31