Qazaxa hərbi texnika yeridildi

02.08.2014 - 17:26

Qazaxın Quşçu Ayrım və Məzəm kəndlərinə Azərbaycan Ordusunun ağır texnikası və canlı qüvvəsi yeridilib.
Bu barədə axar.az-a Quşçu Ayrım kənd sakini məlumat verib. Məlumatda Quşçu Ayrıma və Məzəmə gətirilən texnikanın tanklar və BTR-lərdən ibarət olduğu bildirilib.
Qeyd olunur ki, düşmən mövqelərindən atəş altında saxlanılan bu kəndlərə ordunun yeridilməsi son günlər erməni hərbçilərinin aktivləşməsi ilə bağlıdır.
Müdafiə Nazirliyinin Mətbuat Xidməti yayılan informasiyanı təkzib etmədi:
“Azərbaycanın Silahlı Qüvvələri öz sərhədləri çərçivəsində səlahiyyətində olan hərbi texnikanı istənilən istiqamətdə yerləşdirə bilər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=10443

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31