Ağdam və Tərtərdə yenə də gecə döyüşləri başladı
03.08.2014 - 00:10

Bu dəqiqələrdə Ermənistan Silahlı Qüvvələri cəbhənin Tərtər və Ağdam istiqamətində yenidən kəndləri atəşə tutmağa başlayıb. Bölgədə olan müxbirlərinin verdiyi xəbərə istinadən publika.az xəbər verir ki, getdikcə atəş
intensivləşir. Xüsusi ilə Ağdam istiqamətində düşmən ordusu iriçaplı
silahlardan istifadə edir.
Kənd sakinlərinin müxbirimizə verdiyi məlumata görə, gecə saat 12-dən sonra atəş daha da intensivləşir. Cəbhə bölgəsində yerləşən kəndlərin sakinləri evlərini tərk
etməyəcəklərini deyirlər. Onlar bəzi mətbuat orqanlarında əhalinin
kəndləri tərk etməsi xəbərini pisləyərək,hamının öz yerində olduğunu
bildirirlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=10449