Ordumuz 1 nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilib

03.08.2014 - 01:08

Azərbaycan generalları hazırda döyüş bölgəsindədir. Axar.az özəl mənbələrə istinadla xəbər verir ki, Baş qərargah rəisi general Nəcməddin Sadıqov və Kəşfiyyat rəisi general-mayor İlqar Mazanov döyüş bölgəsinə yollanıb. Hazırda onların bütün əməliyyatlara səhra qərargahından rəhbərlik etdikləri bildirilir. Bundan əlavə, Müdafiə Nazirliyinin digər yüksək rütbəli generalları da cəbhədədirlər.
Qeyd edək ki, son günlər ermənilərin cəbhədə sistemli atəşkəsi pozması və kəşfiyyat-diversiya qruplarının müntəzəm hücumu nəticəsində Azərbaycan 3 gündə 14 şəhid verib, erməni tərəfi isə 20 itki verdiklərini açıqlayıb. Ermənilərin cəbhədə aktivləşməsi bu gün ağır hərbi texnikanın cəbhəyə yeridilməsinə səbəb olub. Bu gün həmçinin hərbi helikopterlər və qırıcılar da havaya qaldırılıb. Ordumuz 1 nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilib. Xatırladaq ki, Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov da bu gün qısamüddətli məzuniyyətini yarımçıq qoyaraq birbaşa cəbhə bölgəsinə gəlmişdi. 

Short URL: http://www.cumhuriyyet.net/?p=10452

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31