Cəbhədən ilk qisas xəbəri

03.08.2014 - 04:17

“Əsgərlərimiz topla ermənilərin kazarmasını vurub – itkiləri var”

 
“Yeni Müsavat”ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri Məhəmməd Türkmən müsavat.com-a deyib ki, Tərtərin Qapanlı kəndində hazırda 15 dəqiqə fasilələrlə atışma gedir: “Qapanlı sakinlərinin böyük hissəsi buradan köçürülüb. Yerdə qalanlar isə gecə vaxtlarında əsasən kəndin girişinə toplaşırlar. Əgər vəziyyət gərgin olsa çıxmaq üçün. Kəndin erməni ilə daha yaxın olan hissəsində isə əsgərlərdən başqa heç kəs yoxdur. Oraya giriş qadağan edilib. Postlar qurulub. Öyrəndim ki, bizim əsgərlərimiz topla ermənilərin kazarmasını vurublar. Onlardan da ağır itkilər olub. Ümumilikdə son 10 gündə 12 əsgər Tərtərdə şəhid olub. Bir nəfər mülki şəxs öldürülüb. Həmin şəxsi 15 gün öncə balıq tutarkən vurublar. Adı Mübarizdir”.
Cəbhənin digər bölgələrində olan müxbirlər də yazırlar ki, intensiv olmasa da, ara-sıra atışmalar var.
Paytaxtda yaşayan jurnalistlərdən biri isə Facebookda yazıb ki, onun polisdə işləyən 3 qohumunu Bakıdan cəbhə bölgələrinə ezam ediblər. 

Short URL: http://www.cumhuriyyet.net/?p=10459

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31