Milli Elmlər Akademiyası korrupsiya himayədarına çevrilib
Bir müddət öncə
Azərbaycan Milli Elmlər Akademiyasına seçkilərlə bağlı mediada qalmaqallı
yazılar dərc edildi. Bu yazılarda məlum seçkilərin ədalətsiz olması
qeyd olunurdu. Bu yazıların ardından cumhuriyyet.az-a hamımızı
təəccüb və təəssüf hissi içərisində qoyan bir məlumat daxil olub. Redaksiyamıza daxil olan xəbərdən məlum olur ki,
AMEA-ya bu ilki seçkilərdə Milli Təhlükəsizlik Nazirliyinin 2005-ci
ilin iyununda keçirdiyi xüsusi əməliyyat zamanı xidməti otağında külli
miqdarda rüşvət alarkən yaxalanan Bakı Dövlət Universitetinin Ümumi və
qeyri-üzvi kimya kafedrasının müdiri Babanlı Məhəmməd Baba oğlu,
həmçinin Azərbaycan Pedaqoji Universitetinin professoru (uzun illər
Naxçıvan Pedaqoji Universitetinin rektoru olmuşdur), 2006-cı ildə
universitetdə baş vermiş bir rüşvət qalmaqalına görə şiddətli töhmət
almış Cəfərov İsgəndər Həsən oğlu da vardır. Hətta M.Babanlı 2005-ci
ildə Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvətalma) maddəsi
ilə təqsirləndirilərək həbs edilib, barəsində məhkəmə hökmü də var.
Short URL: http://www.cumhuriyyet.net/?p=10462