İŞİD xəlifənin türbəsini dağıtdı
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması İraqda daha bir vəhşiliyə imza atıb. ANS PRESS-in məlumatına görə, Suriyada və İraqda insanlara qarşı
vəhşiliklər törədən İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması
bölgədəki tarixi-mədəni abidələrə də ziyan vurmaqda davam edir.
Suriyanın yerli özünü idarəetmə komitəsinin Hələb üzrə mətbuat katibi
Tahsin Əhməd İŞİD üzvlərinin Hələbin Mərcidabıq bölgəsindəki türbələri
bombaladığını açıqlayıb.
Onun sözlərinə görə, türbələrdən biri Əməvi xəlifələrindən olan Süleyman
bin Abdulməlikin, digəri isə Abullah bin Musafi adlı səhabənin türbəsi
olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=10463