Lənkəran təhsilində büdcə maxinasiyası

03.08.2014 - 08:40
Şahanə Əhmədova ötən il 700 min bu il
isə 550 min manat dövlət pulunu müxtəlif adlar altında öz şəxsi
məqsədlərinə sərf edib

 
Lənkəran rayon təhsil şöbəsinin rəhbəri Şahanə Əhmədova ilə bağlı
ilginc iddialar var. İddialara görə xanım Əhmədova ötən il 700 min bu il
isə 550 min manat dövlət pulunu müxtəlif adlar altında öz şəxsi
məqsədlərinə sərf edib. Beləki, çox ciddi maxinasiyaya yol açan əməl
sahibi Əhmədova ayrılmış 700+550 min ümumilikdə 1.0000250 manatın necə
mənimsədiyini təhlil edək. Demək olar ki, tək ötən il yeyilən yüz
minlərlə manatın necə əldə olunmasına baxaq:

– Dəftərxana ləvazimatlarının satın alınması-15000
– Sair xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması- 10000
– Digər maşın və avadanlıqların satın alınması- 39090
– İdarənin digər xərcləri maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması- 11573
– Yumşaq inventarların satın alınması- 29740
– Avadanlıqların satın alınması- 40065
– Digər alışlar və xidmətlərin satın alınması- 26700
– Cari təmir işlərinin satın alınması-17500
-Digər maşın və avadanlıqların satın alınması -26089,8
– Ərzaq məhsullarının satın alınması- 68480
– Kənd təsərrüfatı məhsullarının satın alınması- 114986
– Məktəbli paltarlarının satın alınması-78300
– Ət və süd məhsullarının satın alınması -115500
– Bərk inventarların satın alınması- 96500 manat.
Bu
il isə mənimsənilən 550 min manatla bağlı məlumatların əməkdaşlarımız
tərəfindən araşdırılması zamanı ilginc yeyinti hallarının mövcudluğu üzə
çıxıb. Bizə verilən bilgilərə görə xanım Əhmədova yaxını sayılan
həmkarlarla əlbir olub, ayda ondan şirinlik kimi aldıqlarını və
ümümilikdə rayon təhsilindən oğurladığı pulları icra başçısı ilə bölməsi
məqamları mənbə tərəfindən çox ciddi iddialardı. Bu haqda gələn
saylarımızda geniş məlumat verəcəyik.
Olkexeber.com-a daxil olan
digər məlumatlada isə deyilir ki, Şahanə Əhmədova bu pulların bir
qismini icra başçısı ilə bölüb. Bu rüşvətin müqabilində də icra başçısı
onun bu əmələinə göz yummağa məcbur olub. Deyilənlərə inansaq Əhmədova
icra başçısı ilə mənimsədikləri dövlət vəsaitləri bununla bitmir. Mənbə
bildirir ki, rusiyada alver edib məktəbdən belə xəbərsiz olan 11-ci
sinif şagirdləri dərs üzü görmədən belə təhsil şadətnaməsi alıması elə
də əlçatmaz deyil. Çünki pulunu ver işini gör prinsipi Şahanə
Əhmədovanın rüşvət mexanizminin açarı demək olar…
Onuda bildirək
ki, rayon təhsil şöbələrinin ləğv edilməsi çoxlarının arzuların ürəyində
qoyub. Regonal Təhsil idarəsinin yaradılması hesab edirik ki, Lənkaran
təhsilində də köklü dəyişkənliklərə səbəb olacaq və dövlətdən oğurlanan
milyonlarla manat pulun səbəbkarları qanun qarşısına çıxarılacaq.
Mövzuya qayıdacağıq, bizi izləyin.

Short URL: http://www.cumhuriyyet.net/?p=10464

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31