30 İsrail əsgəri öldürüldü
“İzzəddin əl-Qəssam” briqadası 30 İsrail əsgəri öldürdüyünü açıqlayıb. ANS PRESS-in məlumatına görə, HƏMAS müqavimət hərakatının hərbi qolu
“İzzəddin əl-Qəssam” briqadası İsrailin quru əməliyyatlarına başladığı
ilk günlərdə bir əməliyyatla 30 İsrail əsgəri öldürdüklərini
bildiriblər.
“əl-Qəssam”ın ön sıralarında vuruşan əsgərlər Xan Yunusda bir neçə gün
əvvəl keçirdikləri əməliyyatda İsrail ordusuna aid dörd zirehli maşını
zərərsizləşdirdiklərini, eləcə də həmin vaxt qarşı tərəfdən bir əsgərin
öldüyünü, çox sayda əsgərin isə yaralandığı bildiriblər.
Qeyd edək ki, İsrailin iyulun 7-dən başladığı hərbi əməliyyat
nəticəsində indiyədək aralarında uşaq və qadınların da olduğu 1500-dən
çox fələstinli öldürülüb, 7 mini isə yaralanıb. İsrail ordusu isə 150-yə
yaxın hərbçisini itirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=10466