Azərbaycan ordusunun Əsgəran istiqamətində həmləsi
Cəbhənin Ağdam-Tərtər istiqamətində bu gecə də şiddətli döyüşlərin yaşandığı barədə məlumatlar gəlir.
Qondarma “Dağlıq
Qarabağ müdafiə naziliyi” avqustun 2-dən 3-nə keçən axşam saat 23
radələrində Azərbaycan silahlı qüvvələrinin Əsgəran istiqamətində
növbəti “kəşfiyyat-diversiya həmləsi” etdiyini bildirir.
İşğalçı qüvvələrin qərargahından bildirildiyinə görə, erməni ordusu
hücuma “mütəşəkkil müqavimət göstərib”, hücum edənlər döyüş meydanında
bir cəsəd qoyaraq geri çəkiliblər. Digər təfərrüatlar barədə məlumat
verilmir.
Azərbaycan Müdafiə Nazirliyi hələlik Ağdam istiqamətində gecə
döyüşləri barədə məlumat yaymayıb. Ordumuz son günlər bu istiqamətdə
gedən döyüşlərdə ağır itkilər verib, erməni tərəfi itkilərindən cəmi
3-nü təsdiq edir.(virtualaz.org)
Short URL: http://www.cumhuriyyet.net/?p=10467