Cəbhədə 20 dəqiqəlik atışma

03.08.2014 - 10:09

Son günlər daha da fəallaşan Ermənistan ordusu ötən gecə də atəşkəsi pozub.
Ans-in məlumatına görə, erməni hərbi birləşmələri cəbhənin Tərtər
və Ağdam istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini 20
dəqiqəyə yaxın atəşə tutublar.
Atışma zamanı iriçaplı silahlardan istifadə olunduğu bildirilir. Ağır
artileriyadan atəş açılmayıb. Cəbhə xəttində zenit-raket qurğularından
istifadə faktı qeydə alınmayıb. İndiyə olan məlumata görə, atışma
nəticəsində xəsarət alan olmayıb.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Hazırda bölgədə sakitlik hökm sürür.

Short URL: http://www.cumhuriyyet.net/?p=10472

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31