Saakaşvilidən Azərbaycanla bağlı sensasion iddia
“Gürcüstanı Azərbaycana qarşı Rusiya təxribatının təlim meydanına çeviriblər”
Bu sözləri hazırda ABŞ-da olan Gürcüstanın eks prezidenti Mixail Saakaşvili “Rustavi 2” kanalına müsahibəsində deyib.
Ans-in məlumatına görə, Saakaşvili müsahibəsində bildirib ki,
“Azərbaycan bizim əsas strateji müttəfiqimizdir və mənim narahatlığım
bizim hazırki vəziyyətdə bu dost ölkə ilə yaşadığımız ümumi
konteksdəndir. Qeyd etməliyəm ki, hazırda Tbilisidə Əliyevə qarşı çıxış
edən İvanişvili kimi rusyönlü insanlar oturub. Mən dəqiq bilirəm ki, bir
neçə həftə bundan qabaq fəaliyyəti Azərbaycan prezidentinə qarşı olan
Rusiyanın FTB-sinin nümayəndəsi Bidzina İvanişvili ilə görüş keçirib”.
Qeyd
edək ki, hazırda şəhər məhkəməsi tərəfindən qiyabi həbs olunan
Saakaşvili heç bir ölkədən sığınac almaq fikri olmadığını bildirib. O
deyib ki, “Mənə siyasi sığınacaq lazım deyil. Onsuzda məni bütün
ölkələrdə məmnuniyyətlə qarşılayırlar”.
Short URL: http://www.cumhuriyyet.net/?p=10474