Qapanlı-düşmənlə üz-üzə
Qapanlıdan xəbər var -“Kənd sakinlərinin köçürülməsi xəbərləri yalandır”

kəndələrimizdən, daha dəqiq Tərtərin Qapanlı kəndində sakinlərin
köçürülməsi barədə yayılan məlumatlar öz təsdiqini tapmayıb.
Tərtər və Ağdam istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin
mövqelərini 20 dəqiqəyə yaxın atışma baş verib. Qapanlı sakinləri isə
heç yerə köçürülməyiblər. Kəndin ermənilərlə daha yaxın olan hissəsində
yaşayan insanlar da öz evlərindən köçürülməyiblər:
“Qapanlı kəndində sakinlərin köçürülməsi xəbərləri yalandır. Bu gecə
Tərtərin Qapanlı, Ağadamın Təzəkənd, Mirəsirli, Çıraqlı kəndlərində
olmuşuq. Heç bir köçürülmədən söhbət belə gedə bilməz. İnsanlar öz
evlərindədirlər. Atışma gedən zaman onlar öz həyətlərindən atışmaya
baxırdılar. Hazırda hər kəs öz işi ilə məğul olur”.
ANS PRESS-in cəbhəyanı kəndlərə könüllü yollanmış jurnalistlərdən aldığı
məlumata görə, gecə ərzində Ermənistan ordusu cəbhənin Tərtər
istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini müəyyən
fasilələrlə atəşə tutub.
Erməni hərbçiləri həmçinin, işğal altında olan ərazilərimizdən üzbəüz
mövqedə yerləşən rayonun Qapanlı kəndini iri və yüngül atıcı silahlardan
atəşə tutub. Saat 03:00 radələrində pulemyotlardan açılan atəşlər artsa
da, hazırda kənddə nisbi sakitlik olduğu bildirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirliblər ki, cəbhənin
müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 190
dəfə pozulub.
Short URL: http://www.cumhuriyyet.net/?p=10480