Hərbçilərimiz ötən gecə 40-dək erməni xüsusi təyinatlısını məhv ediblər

03.08.2014 - 13:03

Erməni silahlı bölmələrinin gizli düşərgəsini aşkarlayan hərbçilərimiz qəfil zərbə ilə düşməni darmadağın ediblər

Avqustun 2-nə keçən gecə cəbhənin Tərtər
istiqamətində Azərbaycan və erməni silahlı bölmələri arasında baş vermiş
şiddətli toqquşmanın təfərrüatları bəlli olub.

Ərazinin
müdafiəsinə cavabdeh olan hərbçilərin APA-nın cəbhə xəttinə ezam
olunmuş əməkdaşına verdikləri məlumata görə, avqustun 2-nə keçən gecə
Azərbaycan hərbçilərinin Tərtər rayonunun Seysulan kəndi istiqamətində
həyata keçirdikləri preventiv tədbirlər nəticəsində ərazidə
diversiya-təxribat törətməyə hazırlaşan erməni bölmələri məhv edilib.

Belə
ki, Azərbaycan hərbçiləri erməni silahlı bölmələrinin Seysulan
istiqamətində – cəbhədən bir qədər kənarda düşərgə saldıqlarını
aşkarlayıblar.

Düşərgəni aşkarlayan
hərbçilərimiz qəfil hücuma keçərək, erməni xüsusi təyinatlılarının
düşərgədəki 5 çadırını və nəqliyyat vasitələrinin məhv ediblər. Atışmada
düşmənin ümumilikdə 40 nəfərə yaxın itki verdiyi bildirilir. Döyüşdə
Azərbaycan Silahlı Qüvvələri də 3 şəhid verib.

Hərbçilərin
sözlərinə görə, ermənilər hazırda həmin istiqamətə aparan bütün yolları
bağlayıblar. Cəbhəyanı erməni kəndlərində təşviş müşahidə olunur.

 
 

Short URL: http://www.cumhuriyyet.net/?p=10484

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31