"Çoxlu ölən və yaralanan olub"

03.08.2014 - 13:18

 
 

Cəbhə xəttinə yaxın ərazilərdə yaşayan
ermənilərin köçü ilə bağlı ATV kanalı maraqlı sujet yayımlayıb. Süjetdə
erməni sakinlər atəşkəsin pozulmasından narahat olub buraları tərk
etdiklərini etiraf edirlər. Bildirirlər ki, postda duran erməni
əsgərləri arıq, cılızdır və əlində silah tuta bilmir. Ona görə də,
erməni sakinlər özlərini təhlükəsiz hiss etmirlər. Həm də etiraf edirlər
ki, onsuz da bu torpaqlar gec-tez Azərbaycana qaytarılacaq. Ermənilər
həm də etiraf edirlər ki, gənclərin hamısı çoxdan Rusiyaya qaçıb.

Cəbhədə
baş vermiş atışmada yaralanan erməni əsgəri isə daha maraqlı
açıqlamalar verib. O bildirib ki, əsgər yoldaşları arasında çoxlu ölən
və yaralanan olub. Onun özünün isə silahı olmayıb. Atışma zamanı qaçıb
gizlənmək istəsə də, yaralanıb.

 

 
 

Short URL: http://www.cumhuriyyet.net/?p=10485

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31