Ermənistan cəbhəyə yaxın ərazilərdəki mülki əhalini köçürür

03.08.2014 - 13:31

 

Bu, 1990-cı illərdəki vəziyyəti xatırladır, ancaq ordumuz böyük inkişaf yolu keçib.

Bir neçə gündür cəbhə bölgəsində, Azərbaycanla Ermənistan ordusunun təmas xəttində gərginlik davam edir. 

Cumhuriyyet.az modern.az-a
istinadən məlumatına görə, bütün cəbhəboyu ərazilərdə atəş səsləri
susmur. Bu, 1990-cı illərdəki vəziyyəti xatırladır. Ancaq Azərbaycan
Mili Ordusu o illərlə müqayisədə böyük inkişaf yolu keçib.

Nizami və güclü orduya malik olan Azərbaycan indiki situasiyada düşmənlə müqayisədə xeyli güclü görünür.

Bunun nəticəsidir ki, bu dəfə Ermənistan tərəfi diplomatik sahədə rahatsız olduğunu büruzə verir.

Hərb sahəsində özünü qalib kimi göstərməyə
çalışan Ermənistan qoşunların təmas xəttində, habelə işğal olunmuş
Azərbaycan ərazilərində süni şəkildə məskunlaşdırdığı erməniləri geri
köçürür. Bu barədə Goranboy, Tərtər, Ağdam, Tovuz bölgəsindən məlumat
almışıq.

Məlumatda qeyd edilir ki, təxminən bir həftə
öncəyə qədər cəbhə bölgəsində yaşayan ermənilər indi görünmürlər.
Əsasən mal-qara və əkinçiliklə məşğul olan ermənilərin köçürülmə
anlarını yerli sakinlər müşahidə ediblər. Yerli sakinlər bunun səbəbinin
nədən ibarət olduğunu izah etməyə çətinlik çəkiblər.

Hər halda bu, son günlər cəbhə bölgəsində
yaranmış vəziyyətlə bağlıdır. Demək olar ki, ermınilərin geriyə
köçürülməsi kütləvi hal alıb. Bunu atəşkəs bölgəsində hərbi xidmət keçən
hərbçilərmiz də təsdiqləyib.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=10486

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31