"Bakcell" Azərbaycana, yoxsa Ermənistana xidmət edir?
Azərbaycanın
ilk mobil operatoru olan “Bakcell” “Daha yaxın olaq”, “Dəyişək inkişaf
edək” devizi ilə çıxış etsə də, son zamanlar şirkət göstərdiyi
“xidmətlə” müştərilərindən uzaqlaşır. Buna “Bakcell” kontur
kartlarının yoxa çıxmasından
tutmuş şəbəkə keyfiyyətinin pis olmasına və ya olmamasına qədər misal
göstərmək olar. Artıq bir müddətdir ki, paytaxtın iri
super-marketlərində, mağazalarında “Bakcell” mobil operatorunun
abunetçiləri kontur kartları tapa bilmirlər.
Bölgələrdə də eyni problemlə üzləşən insanlar həm də şəbəkə keyfiyyətinin pis olmasında şikayətlənirlər.
Bu
barədə məlumat verən bölgə müxbirimiz Vasif Abdiyevin sözlərinə görə,
səhər saatlarından etibarən qərb bölgəsində, sərhədyanı rayonlarda
“Bakcell” in şəbəkə xidmətində ciddi problemlər yaranıb:
“Təxminən
səhər saat 11 radələrindən etibarən “Bakcell” mobil operatoruda ciddi
problemlər yaranıb. Şəbəkə demək olar ki, yoxdur. Heç yerlə əlaqə
saxlaya bilmirik. Bundan əlavə 10 gündən artıqdır ki, Qazax, Ağstafa və
ətraf rayonların mağazalarında adıçəkilən şirkətə aid kontur kartları
tapmaq olmur. Yükləmə terminallarına üz tuturuq, oradan da kontur
yükləmək mümkün deyil”.
Üstəlik son günlər bu istiqamətdə cəbhə xəttində intensiz atışma getdiyindən, əhali yaxınları ilə normal əlaqə yarada bilmir.
Məsələ
ilə bağlı “Bakcell” şirkətinin mətbuat xidməti ilə əlaqə saxlayıb
məsələyə münasibət bildirmələrini istəsək də, bu cəhdimiz baş tutmadı.
İş vaxtının bitdiyini əsas gətirərək suallarımızı cavablandırmaqdan
imtina etdilər(Publika.az).
Mia.az
xəbər verir ki, bu problemin “Bakcell” tərəfindən məqsədli yaradildığı
haqda da xəbərlər var. Bildirilir ki, şirkət kontur satışını
məhdudlaşdırmaqla, bununla abunəçiləri 20 faizlik kredit götürməyə sövq
edir. Şirkət isə bundan daha gəlirli çıxdığından, hələ ki kontur
satişını məhdudlaşdırmaqda maraqlı davranır. İndisə aydın olur ki,
sürəkli atəş altında olan insanlarımız şirkətin bu iqtisadi marağı
səbəbindən daha çox əziyyət çəkirlər. Hətta atəş altında olan
abunəçilərin bir-biri ilə kontursuzluqdan əlaqə yarada bilməməsi isə
daha ağır suçalama sayıla bilər. Razılaşaq ki, bu fakt, həm də “erməni
dəyirmanına su tökməyə” bənzəyir…
“Bakcell”in mövqeyini də yaymağa hazırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=10490