Ordudan tərxis olunan gənclərlə bağlı YENİ QAYDA

03.08.2014 - 14:47

Bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014-2015-ci illər üçün imzalanan Baş Kollektiv Sazişdə öhdəliklər sırasında yer alıb.
Tərəflər ordudan tərxis olunmuş peşələrinə uyğun müvafiq işlə təmin olunmasına nail olmağa çalışacaq. Eyni zamanda tərəflər məşğulluq sahəsində razılaşdırılmış siyasəti həyata keçirmək məqsədi ilə sosial tərəfdaşların və müvafiq qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət respublika əlaqələndirmə komitəsinin yaradılmasını təmin edəcəklər. Baş Kollektiv Sazişə əsasən minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq, işçilərə istifadə olunmamış əmək məzuniyyəti üçün kompensasiya ödənilməsinə nəzarəti gücləndiriləcək. Gənclərə, qadınlara, xüsusilə də 20-30 yaşlı qadınlara yeni peşələrin öyrədilməsinə və ixtisaslarının artırılmasına dair işlər də gücləndiriləcək. Sazişdə valideyn himayəsindən məhrum olub, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə qalan uşaqların həmin müəssisələrdən qayıtdıqdan sonra işə düzəldilməsinin qayğısına qalmaq da əksini tapıb. (apa)

Short URL: http://www.cumhuriyyet.net/?p=10492

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31