Tərtərdə atəşkəsin pozulduğu bir gecə…

03.08.2014 - 15:28

3 iyulda gecə
saatlarında  Tərtərin Qapanlı kəndində hər 15 dəqiqədən bir  atəş
səsləri eşidilib. Saat 2, 4 radələrində atışmalar daha da
intensivləşib.  Sakinlər Meydan TV-yə bildiriblər ki, 2 iyulda gecə
saatlarında rayon prokuroru, icra başçısı kənddə olublar. Həmin gecə də
rayonda atəşkəs pozulub.

Qapanlı
kənd sakini Tahir Əhmədov deyir ki, 4 gün olar atəşkəs tez-tez pozulur.
Bu, onların təsərrüfat işləri ilə məşğul olmasına mane olur. O bildirir
ki, sakinlərin gecə küçədə sərbəst hərəkət etməsi üçün küçələrə işıq
dirəkləri yerləşdirilib. Amma gecə saatlarında sakinlər yenə də
evlərindən küçəyə çıxmamağa çalışırlar.

T.
Əhmədov əlavə edir ki, atəşkəsin pozulmasına görə kənddən heç kim
köçməyib. O deyir ki, qorxu hissi var, amma onlar bu cür yaşamağa
öyrəşiblər. 

Short URL: http://www.cumhuriyyet.net/?p=10493

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31