Prezident Administrasiyası qarşısında tükürpədici hadisə

03.08.2014 - 16:20

Qazaxlı sahibkarın Prezident Administrasiyası qarşısında aksiyası…

 

İki mənzili əlindən alınan və həmin mənzillərə görə ödədiyi 355 min manatı uzun müddətdir “Avesta” şirkətindən ala bilmədiyini deyən qazaxlı sahibkar Elşad Məmmədov avqustun 3-də ailəsi ilə birgə Prezident Administrasiyası qarşısındakı parkda aksiyaya cəhd edib.

4 ildir kirayədə qaldığını bildirən sahibkar yorğan-döçək ataraq parkda qalacağını deyib.

“Mən bütün nəyim var idisə hamısını satıb İbrahim İbrahimovun sahibi olduğu “Avesta” Konserninə məxsus “Həsən-6″ MTK tikinti şirkətinə 355 min manat ödəyərək, iki mənzil almışam. Sonradan o mənzillər xəbərim olmadan əlimdən alınıb. Elə o vaxtan da kirayələrdə qalıram. Artıq yaşaya bilmirəm. Bu gün gəldim bir daha problemimi prezidentə çatdırım. Bəyan edim ki, bu gündən yorğan-döşək atıb prezident administrasiyasının qarşısındakı bu parkda yaşayacağam”.

Elşən Məmmədov deyir ki, o bu addımı atmazadan əvvəl Zığdakı Narkoloji dispanserdə müayinədən keçirib.

“İndi istənilən adamı tutub üstünə narkotik ittihamı atırlar. Bunu nəzərə alaraq avqustun 2-də Zığdakı Narkoloji dispanserdə müayinədən keçdim. Əlimdə möhürlü, ştamplı sənəd var ki, mən narkoman deyiləm. Xəzərdə göydələnlər tikən “Avesta” şirkətinin prezidenti məni bu günə qoyub, ona heç kim bir söz deyə bilmir. Məhkəmələr hamısı onun xeyrinə qərar çıxarıb”.

Bir müddət sonra əraziyə gələn polislər parka sərilən yorğan-döşəyi yığışdırıblar, Elşad Məmmədovu post patrul maşınına mindirərək bölməyə aparıblar.

Bundan əvvəl Elşad Məmmədov Qazax rayonunda kirayə qaldığı mənzildə ağzını tikərək aksiya keçirib.

“Avesta” şirkətində  həmin şəxsin keçirdiyi aksiyalardan xəbərdar olduqlarını desələr də məsələyə şərh vermək istəməyiblər.

Prezident Administrasiyasının qarşısında aksiya keçirən qazaxlı iş adamı Səbail rayon polis idarəsinin 9-cu bölməsinə aparılıb.

 
 

Short URL: http://www.cumhuriyyet.net/?p=10495

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31