Ermənilər 15 yaşlı azərbaycanlı məktəbli qızı yaraladılar

03.08.2014 - 18:52

Ermənistan ordusu
təmas xəttinin digər istiqamətləri ilə yanaşı Gədəbəy istiqamətində də
ordumuzun mövqelərini və yaşayış məntəqələrini aramsız olaraq atəşə
tutmaqdadır.
Virtualaz.org xəbər verir ki, bu
gün günorta Gədəbəyin Ermənistanla həmsərhəd Şınıx bölgəsinin Göyəlli
kənd sakini, XI sinif şagirdi Tağıyeva Şəlalə həyətlərində oynayarkən
düşmən gülləsinə tuş gəlib.
Ş.Tağıyevanın
valideynlərinin verdiyi məlumata görə, erməni gülləsi qızın ayağından
dəyib, yaralı Gədəbəy Rayon Mərkəzi xəstəxanasına aparılıb və orada ona
tibbi yardım edilib. 
Ş.Tağıyevanın ailəsi
Göyəlli kəndinin ən ucqarında, Ermənistan ordusunun “Sümüklü” dağındakı
mövqelərindən görünən ərazidə yerləşir. Kənd sakinlərinin bildirdiyinə
görə ermənilər neçə gündür ki, müntəzəm olaraq kəndin yuxarı
hissələrini, habelə otlaq sahələrini və kənd təsərrüfatı işləri ilə
məşğul olan sakinləri atəşə tutur.

Short URL: http://www.cumhuriyyet.net/?p=10498

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31