Veteranlar döyüşə getmək üçün hərbi komandanlığa müraciət etdilər

03.08.2014 - 19:00

Tərtər rayonunun cəbhəyanı Qapanlı kəndindən olan I Qarabağ müharibəsinin veteranları hərbi komandanlığa müraciət ediblər.
APA-nın
cəbhə xəttinə ezam olunmuş əməkdaşı xəbər verir ki, müharibə
iştirakçısı olmuş qapanlılar müraciətlərində döyüşə hazır olduqlarını
qeyd edib, səngərlərə, düşmən qarşısına göndərilmələrinə şərait
yaradılmasını xahiş ediblər. Onlar bildiriblər ki, cəbhədə vəziyyətin
gərginləşdiyi bir vaxtda düşmənə qarı döyüşmək, ona layiqli cavab
verilməsində hərbçilərimizin yanında olmaq istəyirlər.
Lakin
ərazinin müdafiəsini üzərinə götürmüş hərbçilər komandanlıq adından
müharibə veteranı olan Qapanlı sakinlərinə təşəkkür edərək, hələlik belə
bir addıma ehtiyac olmadığını bildiriblər. Hərbçilər qeyd ediblər ki,
səngərlərdə keşik çəkən əsgərlərimiz düşmənə layiqli cavab vermək
gücündədir və bunu edir.
Lazım gələrsə, gələcəkdə keçmiş döyüşçülərin təcrübə və bacarığından istifadə oluna bilər. 

Short URL: http://www.cumhuriyyet.net/?p=10501

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31