"Düşmən tərəfi 71 itki verib"

Baş verən atışmalarda düşmənin 6-7 postu məhv edilib
Bu gün şəhid olmuş gizir İsa Almazovun üç mərasimi keçirilib
Ölümündən
sonra üçüncü dərəcəli medalla təltif edilən şəhidin mükafatını
Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərəv təqdim
edib.
Mərasimdə
şəhidin yaxınları ilə görüşən general-leytenant son günlərdə baş verən
atışmalar nəticəsində erməni ordusunun 71 əsgərinin öldürüldüyünü və 80
əsgərin yaralandığını bildirib:
“Bu döyüşlərdə, baş verən atışmalarda düşmənin 6-7 postu məhv edilib”. (qafqazinfo)
Qeyd
edək ki, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il
təvəllüdlü Almazov İsa Ziyad oğlu ötən gün cəbhə xəttində gedən
atışmalarda düşmən gülləsinə tuş gələrək şəhid olub.
Allah rəhmət eləsin!
Short URL: http://www.cumhuriyyet.net/?p=10502