Qazaxda bir ailənin 4 üzvü Kürdə batıb

03.08.2014 - 23:51

 

Kürün Qazax rayonu ərazisindən keçən hissəsində 4 nəfər batıb.

Qazax Rayon İcra Hakimiyyəti Aparatından apa-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun 1-ci Şıxlı kəndi ərazisində baş verib.

Rayonun Çaylı kənd sakini Civişov Tofiq Xaləddin oğlu ailəsi ilə Kür
sayının kənarına gedib. Onun oğlu, 1998-ci il təvəllüdlü Rafiq Civişov
ehtiyatsızlıqdan çayda batıb.

Anası, 1969-cu il təvəllüdlü Pərvanə Civişova onu xilas etmək üçün
suya girib. Onun ardınca Tofiq Civişovun iki qızı, 1992-ci il təvəllüdlü
Aytən Civişova və 1994-cü il təvəllüdlü Gülmirə Civişovada özlərini
suya atıblar.

Hər 4 şəxs Kür çayında batıb. Onları xilas etmək mümkün olmayıb.

Əraziyə gələn FHN-in “ARAN” Dalğıc Axtarış qrupu Pərvanə Civişovanın və onun oğlunun meyitini sudan çıxarıblar.

İki qızın axtarışları davam edir.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=10504

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31