İraq türkmənlərindən Qarabağ müharibəsinə dəstək

04.08.2014 - 00:17

“Qarabağ 24 saat içində düşməndən azad edilə bilər”.
Cumhuriyyet.az xəbər verir ki, bu sözləri axar.az-a eksklüziv açıqlamasında İraqın Ərbil  şəhərində yaşayan “Türkman Reform” radiosunun rəhbəri Riyaz Dəmirçi qeyd etdi.
R.Dəmirçinin sözlərinə görə, onsuz da ermənilər artıq qorxuya düşüblər: “Çünki dövlət istəsə, 24 saat içində Qarabağ düşməndən azad edilə bilər. Dəyərli Azərbaycan xalqına, soydaşlarımıza başsağlığı veririk. Artıq Türkman Ədəbiyyatçı və Yazarlar Birliyinin də bəyanatı var”.
R.Dəmirçi bildirdi ki, bəyanatda bu fikirlər qeyd olunub: “Biz İraq türkmanları olaraq soyumuz, kökümüz, irqimiz, imanımız, dilimiz, adət-ənənələrimiz Azərbaycanla birdir. Ata vətəndə 11 əsgərimiz şəhid olub, ermənilər tərəfindən alçaqcasına xain planla hücum olub, əsgərlərimiz öldürülüb.
Bu hadisəni şiddətlə qınayırıq. Şəhidlərin qanı yerdə qalmayacaq, qala da bilməz. Əvvəlcə vətənin başı sağ olsun, sonra onların yaxınlarına səbr diləyirik”.
Riyaz Dəmirçi sonda bunları bildirdi: “Cəbhə xəttində nələr baş verdiyindən xəbərimiz var. Burada yaşayan türkmanlar Azərbaycana dəstək verməyə hər zaman hazırdırlar”.

Short URL: http://www.cumhuriyyet.net/?p=10506

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31