"Qarabağa Amerika sülhməramlıları girəcək"
“Qarabağdakı müharibədən keçən 20 il ərzində Azərbaycanda Bakının hüquqlarını bərpa etməyi arzulayan “qisas nəsli” böyüyüb”.
Cumhuriyyet.az xəbər verir ki, publika.az-ın izvestia.ru
saytına istinadən verdiyi məlumata görə, bu sözləri
Azərbaycan-Ermənistan təmas xəttində baş verən son qarşıdurmaları şərh
edən Rusiya Prezident Administrasiyasının xarici ölkələrlə
regionlararası və mədəni əlaqələr idarə rəisi Modest Kolerov deyib.
O, Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçirilməsi gözlənilən görüşə də toxunub.
Qeyd edək ki, belə bir görüşun avqustun 8-i, yaxud da 9-u baş tutacağı
barədə xəbər yayılıb. Bu barədə Ermənistan baş naziri Ovik Abramyan
bildirib.
M.Kolerovanın sözlərinə görə, bu görüş baş tutacağı halda ABŞ öz planını
reallaşdırmağa çalışacaq: “Amerikanın planına görə, gərginliyin
azaldılması yalnız o halda mümkündür ki, Dağlıq Qarabağ ətrafında
rayonların bir hissəsi Azərbaycana geri verilsin. Bundan sonra isə
Qarabağa Amerika sülhməqamlıları girəcəklər. Qarabağ isə onun
ətrafındakı hündürlüklərdən Azərbaycan qoşununun nişanı altında qalacaq.
Beləliklə ABŞ bilavasitə İran yaxınlığındakı müharibə meydanını İrandan
alacaq. Qarabağ Yaxın Şərq üzrə Amerikanın planlarında bir hissə
olacaq”.
O, bildirib ki, əgər Moskva Soçidə iki prezidentin danışıqlarını sülhlə
yekunlaşdırmağı bacararsa, Minsk Qrupunun sammitində danışıqlar başqa
istiqamətdə olacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=10507