Ermənilər orta məktəbi gülləbaran etdi

04.08.2014 - 09:47

Erməni silahlı qüvvələri iki gündür ki, Qazaxın digər kəndləri kimi Məzəm kəndini də gülləbaran edir.
Axar.az-ın cəbhə bölgəsinə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, kəndin üç gündür iri çaplı pulemyotlardan atəşə tutulması nəticəsində çox sayda ev, o cümlədən kənddə yeni təmir olunan məktəb binası zədələnib.
Atəş nəticəsində məktəbin divarlarında ağır çaplı güllələrin açdığı dəliklər aydın şəkildə görünür. Kənd sakinləri xoşbəxtlikdən tədris ilinin bitdiyini, məktəblilərin tətildə olduğunu deyir.
Kənd sakini Ceyhun Əliyev əməkdaşımıza bildirdi ki, orta məktəbdə bir sıra abadlıq işləri aparıldığından atəş zamanı işçilər hadisə yerində olub:
“Atəş gözləmədiyimiz anda başladı. Məktəbin divarları dəlmə-deşik oldu. Bu məktəb erməni postunun düz qabağında yerləşir. Xoşbəxtlikdən məktəblilər tətildədir. Yoxsa daha pis ola bilərdi. İndi bilmirik ki, yeni tədris ili başlayanda necə olacaq”.
Kənd sakini Süleyman kişi isə bildirdi ki, kənddə çətinliklər var:
“Hazırda kənddə çörək qıtlığı yaranıb, telefon işləmir”.
Qeyd edək ki, əməkdaşlarımızın Məzəm kəndində olduğu vaxtda atışma səsləri eşidilmədi.

Bakı-Qazax

Short URL: http://www.cumhuriyyet.net/?p=10517

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31