"Anasına şəhid olacağını demişdi"

04.08.2014 - 10:59

 

Ermənilərin iyulun 31-dən avqustun 1-nə keçən gecə cəbhənin Ağdam
istiqamətində atəşkəsi pozması nəticəsində şəhid olan hərbçilərimizdən
biri də Əhmədov Qaryağdı Eldar oğludur. Qaryağdı Əhmədov Ağdamın Çıraqlı
kəndi ərazisində şəhid olub.

Avqustun 3-də şəhid olan Qaryağdı Əhmədovun Ağdamın yeni Quzanlı qəsəbəsində yerləşən ata evində 3 mərasimi keçirilib. Virtualaz.org saytının Ağdama
ezam olunmuş müxbiri xəbər verir ki, mərasimdə xeyli sayda rayon
sakinləri, Azərbaycanın müxtəlif bölgələrindən gələn gənclər, rayon icra
hakimiyyətinin, müdafiə nazirliyinin, rayon prokurorluğunun, rayon
polisinin nümayəndələri iştirak edib.

Şəhidin atası Eldar Əhmədova Müdafiə
Nazirlinin nümayəndəsi polkovnik İslam Gəncəliyev tərəfindən medal
təqdim edilib. Xatırladaq ki, avqustun 3-də müdafiə naziri Zakir
həsənovun əmri ilə şəhid olan həbrçilərimiz “Hərbi xidmətdə fərqlənməyə
görə” 3-cü dərəcəli medalla təltif edilib.

Şəhid atası Eldar Əhmədov əməkdaşımızla
söhbətində evinin sonbeşiyi olan oğlunun şəhid olması ilə fəxr etdiyini
deyib: “Üç oğlum, bir qızım var idi. Qaryağdı evimin sonbeşiyi idi. Onu
şəhid verdim. Bu mənim üçün, xalqım üçün fəxrdir. Oğlumu alnıdik şəkildə
torpağa tapşırdım. O bu, vətən üçün şəhid oldu”.

Qaryağdı Əhmdov Tovuz rayonunda hərbi
xidmətdə olub. Xidmətdən qayıtdıqdan sonra Azərbaycan Silahlı
Qüvvələrində müddətdən artıq xidmət edən (MAXE) hərbçi kimi cəbhəyə
yollanıb. 3 ay cəbhə bölgəsində olan Qaryağdı Əhmədov doğum günündə-
avqustun 1-də düşmənin snayperdən açdığı atəş nəticəsində şəhid olub.
Şəhidin cənazəsi qardaşı tərəfindən kənd camaatının iştirakı ilə Ağdam
şəhər məscidində yuyulub və torpağa tapşırılıb.

Atası Eldar Əhmədov bildirib ki, oğlu 3-4
gün əvvəl anasına şəhid olacağını deyibmiş: “Bir həftəlik məzuniyyətə
çıxmışdı. Bakıda olan qardaşının yanına gedib qayıtdı. Burda olanda
anasına dedi ki, “yaxın günlərdə mənimlə fəxr edəcəksən. Oğlun şəhid
olacaq. Sən oğlunun şəhid olması xəbərini eşidəcəksən, bununla fəxr
edəcəksən”. Sanki hiss edirdi. Məzuniyyətdə olanda da posta getmişdi.
Onu dəfn edərkən qəbrinə torpaq atanda yağış yağdı. Bir neçə saniyəlik,
anidən oldu. Əlbətdə bunda da bir hikmət var. Bu Allahın şəhidlərimzə
rəhməti idi”.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=10523

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31