Azərbaycan cəbhə bölgəsinə qüvvə yığır
Azərbaycan fasiləsiz olaraq ermənilərlə
təmas nöqtələrinə ağır texnika, əlavə qüvvə və canlı heyət yığır.
məlumat ordudakı qaynaqlar vasitəsi ilə də təsdiqlənir. Görünən budur
ki, Azərbaycan yaranmış durumu özü üçün əlverişli məqam hesab edir.
Redaksiyamıza yaxın olan siyasi ekspertlər də hesab edirlər ki, doğrudan
da ermənilərin axmaqlıqları ucundan yaranmış indiki vəziyyət
Azərbaycanın xeyrinədir və ölkəmiz ermənilərə qarşı təmizləmə
əməliyyatlarına başlasa, düşmənin vəziyyəti kritikləşəcək. Ordudakı
qaynaqlarından biri musavat.com rəhbərliyinə deyib ki, hazırda Ağdamın
işğaldakı kəndlərini azad etmək cəmisi 2-3 saatın işidir: “Bütün qüvvə
toplanıb, nazir baxış keçirib. Əmr gözləyirik”.
vəziyyətdən narahat olan Ermənistan rəhbərliyi Rusiya prezidenti Putinə
müraciət edərək, Azərbaycanı hərbi əməliyyatlardan yayındırmaq
xahişində bulunublar. Məsələnin təəccüblü tərəfi də budur ki, deyir
qaynaq, Putin Ermənistan prezidentinə onun ürəyini rahatladacaq heç nə
söyləməyib.
ehtimalla Soçi görüşünə qədər ciddi hərbi əməliyyata başlamayacaq. Bu da
o deməkdir ki, artıq Rusiya prosesdə orbitr kimi rolunu ala bilib.
xəbərləri isə göstərir ki, Azərbaycan iqtidarı olduqca ciddi şəkildə
müharibəyə hazırlaşır.
atəş altında olan sərhəd kəndlərindəki əhali də daxil olmaqla, bütün
ölkə xalqı hazırda savaş ideyasını dəstəkləyir, hətta tələb edir. Bu
sıraya Azərbaycan müxalifətini də yazmaq olar.
Short URL: http://www.cumhuriyyet.net/?p=10530