Avropa Birliyi Leyla Yunusla bağlı Bakıya xəbərdarlıq etdi
bəyan edib ki, “Azərbaycan təşkilatla daha dərin münasibətlər istəyirsə,
öz beynəlxalq öhdəliklərinə əməl etməlidir”.
Avropa Birliyinin xarici işlər komissarı Catherine Ashton və
Avropanın genişlənmə və qonşuluq məsələləri üzrə komissarı Stefan
Füle-nin sözçüləri bildiriblər ki, “AB Azərbaycanla münasibətlərini
dəyərləndirir. Lakin bu münasibətlər, Azərbaycan hazırda nazirlərinin
komitəsinə sədrlik etdiyi Avropa Şurasına üzvlükdən doğan öhdəlikləri də
daxil olmaqla, öz beynəlxalq öhdəliklərinə hörmət etmədən tam
potensialına çata bilməz”.
Həm Ashton, həm də Füle Azərbaycanda qeyri-hökumət təşkilatı olan
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun həbsindən dərin
narahatlıqlarını ifadə ediblər.
AB rəhbərlərinin bəyanatında deyilir ki, “belə görünür, Yunusun həbsi
Azərbaycanda vətəndaş cəmiyyətini hədəfləyən və artmaqda olan
məhdudiyyətlərin bir hissədir”.
Sözçülər bildiriblər ki, AB insan haqları sahəsindəki vəziyyətdən son dərəcə narahat olduğunu Azərbaycanın nəzərinə çatdırıb.
Leyla Yunus barəsində vətənə xəyanət və başqa 5 ittihamla 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Onun həyat yoldaşı Arif Yunusa da oxşar ittihamlar irəli sürülüb. O,
səhhətində problemlərə görə hazırda ev dustağıdır. (azadliq.org)
Short URL: http://www.cumhuriyyet.net/?p=10531