"Azərbaycanın Ermənistana endirəcəyi zərbə sərt və güclü olacaq"
İsrail eksperti Arye Qut Azərbaybaycanın son günlər ərzində qoşunların
təmas xəttində 10-dan çox azərbaycanlı hərbçinin həlak olması ilə
nəticələnən Ermənistan silahlı qüvvələrinin təxribatlarına mütləq güclü,
sərt və proporsional zərbələr endirməli olduğunu vurğulayıb.
SalamNews-un verdiyi xəbərə görə, o deyib: “Ermənistanın
münaqişənin həllində nümayiş etdirdiyi destruktiv mövqeyi Azərbaycanı
digər sərt vasitələrə və pressinqə əl atmağa vadar edir. Azərbaycan
diplomatiyasının danışıqlar prosesində hələ də iştirak etməsi hələ də
qalmaqda olan son ümid qalıqlarının qalmasına şahidlik edir. Lakin
ümidlərin tükənməsi hər zaman sonluğa malik olur. Təmas xəttində baş
verən son hadisələr bir daha təqdiq edir ki, Azərbaycanın işğal olunmuş
torpaqlarda yerləşən işğalçı Ermənistan qüvvələrinə endirəcəyi zərbə
sərt və güclü olacaq. Düşünürəm ki, Ermənistan ciddi, hətta çox ciddi
itkilər verib, lakin həmişə olduğu kimi ermənilər müvafiq məlumatı
gizlədirlər.”
Ermənistanın törətdiyi təxribatların Dağlıq Qarabağ münaqişəsinin
həlli üzrə danışıqlar prosesinə təsiri məsələsinə toxunan Arye Qut
müvafiq prosesin gözlər önündə tükəndiyini söyləyib.
Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həllində nəzərə çarpacaq irəliləyişləri bu yaxınlarda gözləmək əbəsdir: “Azərbaycan
və Ermənistanın sülh anlaşmasının əsasını təşkil edəcək həll
prinsiplərini yekun olaraq razılaşdıracaqlarına inanmaq çətindir.”
Short URL: http://www.cumhuriyyet.net/?p=10540