"Putin Rusiyanın özü üçün də təhlükə törədəcək"

“ABŞ Rusiyanın doğurduğu regional təhlükələrə reaksiya göstərəcək”
ABŞ prezidenti Barak Obama Rusiyanı dünya gücü hesab etmir. Obama
“The Economist” jurnalına müsahibəsi zamanı ölkəsinin Rusiya ilə
münasibətlərinin geniş şərh edib. Onun sözlərinə görə Dmitri Medvedev
Rusiya prezidenti olarkən tərəflər arasındakı münasibətlər daha yüksək
səviyyədə idi.
“Bizim administrasiyanın 2012-ci ilə qədər
prezident səlahiyyərtlərini icra edən Dmitri Medvedevlə çox məhsuldar
əməkdaşlığı var idi. Biz etməli olduğumuz çox şeyi birlikdə etdik” –
deyə Obama bildirib.
Eyni zamanda o, hazırki prezident Vladimir
Putininin gələcəkdə Rusiya üçün təhlükəli olacağını bildirib: “Dünyada
gərginlik yaradan faktorlardan biri Vladimir Putinin fəaliyyətidir. Onun
addımları yaxın perspektivdə ölkə daxilindəki siyasətçilər üçün xoş,
beynəlxalq aləm üçün narahatlıq doğurursa da, uzaq perspektivdə
Rusiyanın özü üçün təhlükə törədəcək”.
Obama etiraf edib ki,
Ukrayna böhranının başlanmasından az öncə Putinlə şəxsi ünsiyyəti kəsib
və yalnız ötən həftə Ukrayan ərazisində sərnişin təyyarəsinin
vurulmasından sonra Rusiya prezidentinə zəng edib.
Ağ Ev sahibi
Amerikanın raket əleyhinə müdafiə sistemlərinin Avropada
yerləşdirilməsinə Rusiyanın etiraz etməsini, ölkə kəşfiyyatının Rusiyaya
sığınan keçmiş üzvü Edvard Snoudenə Moskvanın siyasi sığınacaq
verməsini və Krımın qəfil ilhaqını Rusiya-Amerika münasibətlərinin əsas
problemləri adlanıdırıb.
Müsahibənin sonunda Barak Obama
Rusiyanın dünya siyasətində önəminin olmadığını vurğulayıb: “Rusiyanın
əhəmiyyətini böyütmək lazım deyil. Rusiya heç nə etmir. Mühacirlər
Moskvaya yaxşı iş dalınca gəlmirlər, rus kişilərini orta ömrü 60 yaşı
keçmir. Və bu şəraitdə ABŞ Rusiyanın doğurduğu regional təhlükələrə
reaksiya göstərəcək” (modern.az).
Short URL: http://www.cumhuriyyet.net/?p=10541