Qubada ayı fermer təsərrüfatına hücum edib
O, 4-5 kq bal yeyib, 20-yə yaxın arə ailəsini məhv edib

Quba rayonunda fermer Əziz Ələkbərova məxsus şəxsi təsərrüfat ayı
hücumuna məruz qalıb. Hadisə bu gecə Quba – Xınalıq yolunun 52-ci
kilometrliyindəki Cek kəndi ərazisində qeydə alınıb. Əziz Ələkbərovun
verdiyi məlumata görə, ayı təsərrüfatın fəaliyyət göstərdiyi sahəyə
girərək burda olan arı pətəklərini məhv edib.
“Gecə qonaqlarım gəlmişdi. Burada yer az olduğundan onları qoyub
getdim evə. Qonaqlar gecə ayı gəldiyini görüblər. Silahları olmadığından
çölə çıxmağa çəkiniblər. Ayı da gəlib bir qıraqdan yeşikləri dağıdıb,
balı yeyib gedib”.
Təsərrüfatın əməkdaşı Zəfər Əzizov isə hadisənin baş verdiyi gecə
həyətdə hənirti eşitdiyini, amma ayıdan qorxaraq çölə çıxmadığını deyib.
“Gecə 5 radələrində ayının səsini eşitdim. Qaldığım yerin
pəncərəsindən baxdım ki, ayı gəlib. Qorxdum, çölə çıxmadım. Səhərə kimi
narahat yatdım. Oyananda gördük ki, arıxanada pətəkləri ayı dağıdıb.
Arıxanaya ciddi ziyan vurub”.
20-yə yaxın arı ailəsini məhv edən ayı 4-5 kiloqram balı yeyərək ümumilikdə təsərrüfata 500 manata yaxın ziyan vurub.
Short URL: http://www.cumhuriyyet.net/?p=10542