Düşmən Laçına qoşun yığır

04.08.2014 - 19:57

Erməni nazir müharibədən danışdı

 

Cəbhə xəttində vəziyyət gərgindir. Qonşularımız istənilən vaxt təxribat törədə, bu isə müharibəyə çevrilə bilər. Lakin bu gün biz – Ermənistan prezidenti, ölkənin hərbi-siyasi rəhbərliyi gərginliyi azaltmaq üçün əlimizdən gələni edirik. İndi baş verənlərin təhlili göstərir ki, bu gün irimiqyaslı hərbi əməliyyatlara başlamağa qlobal planda heç bir əsas yoxdur.

Virtualorg.az xəbər verir ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan bu sözləri parlament rəhbərliyi və fraksiya liderləri ilə görüşdən sonra deyib.

Erməni nazir bildirib ki, o, cəbhə xəttindəki vəziyyətlə bağlı prezident Serj Sərkisyana hesabat məruzəsi təqdim edib. S.Ohanyan erməni tərəfinin son döyüşlərdə itkilərinin olduğunu da etiraf edib. Deyib ki, Ermənistan tərəfindən də ölənlər və yaralananlar var.

S.Ohanyan onu da bildirib ki, Ermənistanın hərbi rəhbərliyi I Qarabağ müharibəsinin iştirakçısı olmuş 100-dən çox könüllü veteranı Azərbaycanın işğal olunmuş Laçın rayonuna göndərib.

Erməni nazir jurnalistlərin “nizami ordu olan yerdə buna nə ehtiyac vardı” sualına belə cavab verib ki, hərbi xidmətə yenicə çağırılan əsgərlərin hərbi təcrübəsi az olduğu üçün onlar veterenların köməyindən yararlanmağa qərar veriblər.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=10543

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31