Bakıda yüksək vəzifəli məmur arvadını döyüb evdən qovdu
Bakıda yüksək vəzifəli məmur iki uşaq anası olan həyat yoldaşını döyərək ağır vəziyyətdə evdən qovub. İnterpress.az-a daxil olan məlumata görə, məmurun həyat yoldaşı, 39 yaşlı Aynurə Səlimova (ad şərtidir-red.) hazırda “Təmiz dünya” İctimai Birliyinin sığınacağına yerləşdirilib.
Sığınacaqdan verilən məlumata görə, qadının başında və bədənində döyülmənin izləri hələ də qalır. “Yüksək vəzifədə işləyən bu məmur qadına ağır xəsarət yetirib və onu şikayət edəcəyi təqdirdə uşaqları ona verməyəcəyi ilə hədələyib. Bu, artıq qadının belə ağır döyülməsi ilə bağlı ikinci hadisədir. Uşaqları əlindən alınaraq evdən qovulan qadın bir həftədir ki, sığınacaqda yerləşdirilib. Məsələ ilə bağlı hüquqi proses başladılacaq” – deyə sığınacaqdan bildirilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=10547