Qazaxlı iş adamı Elşad Məmmədov: “Mən, növbəti verilən vədlərə əməl olunmadığı təqdirdə, Prezidentin igamətgahının qarşısında aksiyalarımı davam etdirəcəyəm”.
Qazaxlı iş adamı Elşad Məmmədov: “Mən, növbəti verilən vədlərə əməl olunmadığı təqdirdə, Prezidentin igamətgahının qarşısında aksiyalarımı davam etdirəcəyəm“.
Dünən Qazaxlı sahibkarın Prezident Administrasiyası qarşısında keçirdiyi aksiyaya Baş Prokurorluqdan reaksiya gəlib. Məlumat üçün bildirək ki, İki mənzili əlindən alınan və həmin mənzillərə görə ödədiyi 355 min manatı uzun müddətdir “Avesta” Konserninə məxsus “Həsən-96” MTK-dan ala bilmədiyini deyən qazaxlı sahibkar Elşad Məmmədov avqustun 3-də ailəsi ilə birgə Prezident Administrasiyası qarşısındakı parkda aksiyaya cəhd edib. Dünən ailəsi ilə birlikdə Prezident Administrasiyasının qarşısında aksiya keçirən Qazaxlı iş adamı Səbail rayon polis idarəsinin 9-cu bölməsinə aparılıb.Polis tərəfindən zorakılığa məruz qalıb.
E.Məmmədov redaksiyamıza zəng edərək bildirdi ki, Baş Prokurorluqdan zəng edilərək onu prokurorluğa dəvət ediblər. E.Məmmədov bildirirki, onu Prokurorluqda 1-ci müavin Rüstəm Usubovla birlikdə Məmməd Mikayılov və prokurorluğun bir əməkdaşı dinləyiblər. Bir saat davam edən müzakirələrdən sonra Baş Prokurorun 1-ci müavini R.Usubov bildirib ki, səni dəvət edib 1 saatlıq danışığımızın məqsədi sənə köməklik etməkdir. Elşad Məmmədov bildirir ki, Prokurorluqda başıma gələnləri danışdım: “Məhkəmələr haqqımı bərpa etmir. Əlimdə ödədiyim pulların qəbzi, mənzillərin maliyyə arayışı var” . 2012-ci ilin fevralında “Avesta” konserninə məxsus “Həsən-96” MTK-dan 355 min manata iki mənzil alıb. Üstündən iki ildən çox ötməsinə baxmayaraq Elşad Məmmədov mənzillərinə sahib dura bilmir.
Elşad Məmmədov deyir ki, bu iki il ərzində çəkmədiyi zülmlər qalmayıb: “Bütün pullarımı o iki mənzili almaq üçün ödədim. İndi evsizəm, üç azyaşlı övladımla kirayələrdə qalıram. Məhkəmələrə müraciət edirəm heç bir xeyri olmur, bütün dövlət qurumlara şikayət yazıram, kimsə mənim haqqımı qorumur. Əksinə, Hacı İbrahim müdafiə olunur. Hətta Respublikanın baş prokuroru Zakir Qaralovun qəbulunda oldum, o göstəriş verdi ki, problem həll ediləcək. Bunun da bir xeyri olmadı. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev, şöbə müdiri Vüqar Əliyev, prokuror Nazir Quliyev mənim haqlı olduğumu deyib. Bir neçə dəfə Prezident Administrasiyasında getmişəm. Orada da vəd verdilər.
Mən, növbəti verilən vədlərə əməl olunmadığı təqdirdə, Prezidentin igamətgahının qarşısında aksiyalarımı davam etdirəcəyəm.