Azərbaycan generalı erməniləri silahla hədələdi

05.08.2014 - 00:48

Dağlıq Qarabağda erməni və Azərbaycan
güclərinin təmas xəttində gərgin vəziyyət davam edir. 
ANS PRESS-in məlumatına görə, bunu Ermənistanın müdafiə
naziri Seyran Ohanyan bildirib. 
Seyran Ohanyan
hesab edir ki, istənilən provakasiya müharibəyə keçə bilər, amma hələ ki
genişmiqyaslı döyüşlər üçün əsas yoxdur. Hələlik döyüş mövqelərinə könüllülər dəstələri
göndərilib.

Ermənistanın
müdafiə naziri hesab edir ki, ordu əlavə səfərbərlik olmadan qoyulmuş məsələləri
həll etməyə bacarıqlıdır. 
Ermənistanın baş
naziri Ovik Abramyan və müdafiə naziri Seyran Ohanyan Ermənistanın sərhəd
regionlarına baş çəkib. 
Azərbaycanın
general-leytenantı Rövşən Əkbərov son günlər ərzində erməni hərbçilərinin 71 nəfər
itkisini və təxminən 80 erməni hərbçisinin yaralandığını bildirib.
General atışma nəticəsində
6-7 erməni döyüş mövqeyinin məhv edildiyini də vurğulayıb. 
“Müharibəni
biz atıcı silahla aparırıq. Biz hələ silahın başqa növlərinə müraciət etmədik.
Əgər biz silahın başqa növlərinə müraciət etsək, onda orada heç bir insan
qalmayacaq”, – deyə Azərbaycan generalı bildirib.
Azərbaycan Müdafiə
Nazirliyinin məlumatına görə, son günlər ərzində erməni hərbçiləriylə təmas xəttində
atışmaların gedişatında 13 Azərbaycan hərbi qulluqçusu həlak olub. 
Ermənistan və Azərbaycan
prezidentləri Dağlıq Qarabağda münaqişənin nizama salınmasına görə danışıqlar
aparacaq.
Görüş Soçidə Rusiya
prezidenti Vladimir Putinin vasitəçiliyi ilə avqustun 8-9-na təyin edilib. Ölkə
başçıları güman edirlər ki, onlar “problemin sülh nizamlanmasına və gərginliyin
zəifləməsinə açarı” tapmağı bacaracaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=10552

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31