Türk ordusundan Azərbaycana dəstək
Türkiyə Respublikasının Silahlı Qüvvələrinin komandanlığı Azərbaycan dəstək olduğunu bəyan edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən eksklüziv
məlumata görə, Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz, Türkiyə
Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl və
Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növləri komandanları
ərazilərimizin müdafiəsi, Ermənistan Respublikasının silahlı
birləşmələrinin, onların kəşfiyyat-təxribat qruplarının Azərbaycan
Silahlı Qüvvələrinin mövqelərinə hücumlarının qarşısını alarkən
Azərbaycan Ordusunun hərbçilərinin şəhid olması ilə əlaqədar Azərbaycan
Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənova və şəhid
olmuş şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verib, yaralı
hərbçilərimizə şəfa diləyiblər.
Türkiyə Silahlı Qüvvələrinin komandanlığı eyni zamanda Müdafiə
Nazirliyi ilə həmrəy olduqlarını bildirib və Azərbaycana, eləcə də onun
Silahlı Qüvvələrinə dəstək olduqlarını ifadə ediblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=10556