İcra başçısı xəstəxanaya yerləşdirildi

05.08.2014 - 02:04

Dağıstanın Dərbənd rayonun azərbaycanlı başçısı Qurban Qurbanov ürək tutma əlamətləri ilə Dərbənd Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Musavat.com-un “Kavkazsiy uzel”ə istinadən verdiyi xəbərə görə, məlumatı rayon administrasiyasının əməkdaşı Hüseynbala Yəhyayev təsdiq edib. Məlumata görə, başçının vəziyyətinin qəfil pisləşməsinə səbəb hökumətdən onun istefa ərizəsi yazmasının tələb edilməsi olub. Bundan sonra qan təzyiqi qalxan Qurbanovu xəstəxanaya aparmaq lazım gəlib. Az öncə – iyulun 23-də Dağıstanın başçısı Ramazan Abdulatipov Dərbənd rayonun rəhbərini dəyişmək barədə qərar verib. İyulun 30-da isə 600-ə yaxın azərbaycanlı bu qərara etiraz olaraq etiraz aksiyası keçirib. Qeyd edək ki, Dərbənd rayonuna 30 ildi ki, azərbaycanlılar rəhbərlik edir. 

Short URL: http://www.cumhuriyyet.net/?p=10557

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31