İcra başçısının müavini şəhidin yas mərasimində mollanı hədələdi
Əlizadə çıxış edərək, ictimaiyyətdə, marşrutlarda, telekanallarda
şəhidlərlə bağlı məlumatların olmamasından nigarançılığını bildirib. Elə
bu zaman Sumqayıt icra başçısının müavini Akif Quliyev ayağa qalxaraq,
“a bala, a bala, mövzudan kənara çıxma. Çıxanda söhbət edərik, nə
lazımsa, mən sənə çatdıraram. Səni göndərərəm cəbhəyə dolğun məlumat
alarsan…”, – deyib.
Daha
sonra ilahiyyatçı Bəhruz Əlizadə, “baş üstə” deyərək sözünə dua ilə
xitam verib. Amma iş bununla bitməyib. Belə ki, Akif Quliyev baş vermiş
hadisədən qəzəblənərək ilahiyyatçı ilə bağlı “mən onu dama basdıracağam”
deyib. Məsələyə şəhidin atası da qarışıb və bildirib ki, heç kim onun qonağını həbs etdirə bilməz. Qeyd
edək ki, ilahiyyatçı Bəhruz Əlizadə ANS telekanalında, aparıcısı Elgiz
olan “Adam içində” verilişinin ilahiyyatçı ekspertidir.
Short URL: http://www.cumhuriyyet.net/?p=10558