Bakıda faciəvi hadisə: ölən var
Olay Nəsimi rayonunda baş verib

Bakıda ölümlə nəticələnən bədbəxt
hadisə baş verib. Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsindən
Lent.az-a verilən məlumata görə, Cəlil Məmmədquluzadə küçəsində 1981-ci
il təvəllüdlü Nəbiyev Tərlan Bəxtiyar oğlu işlədiyi tikinti sahəsində
hündürlükdən yıxılıb. Göyçay rayon sakini olan və Bakıda fəhləlik edən
33 yaşlı T.Nəbiyev ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=10574