Gənclər təşkilatlarının üzvləri Qarabağa yollanmaq barədə nə düşünürlər?
Təşkilat rəhbərləri könüllü hərbi dəstə və partizan hərəkatı yaratmaqdan danışdılar
Təşkilat rəhbərləri könüllü hərbi dəstə və partizan hərəkatı yaratmaqdan danışdılar
bölgəsində atəşkəsin pozulması gündəmi tamamilə dəyişib. Bütün ölkə baş
verə biləcək müharibədən danışır. İnsanların cəm şəklində ünsiyyətdə
olduqları sosial şəbəkələrdə, istirahət yerlərində, kafelərdə və s.
yerlərdə əsas mövzu yalnız bundan ibarətdir. Artıq ölkə vətəndaşlarının
fikirləri iki qismə ayrılıb. Çoxları müharibənin başlamasının
tərəfdarıdır. Lakin bu fikirlərin əleyhinə çıxanlar da az deyil.
bir ölkədə əsas proseslərin önündə gənclər gedir. Maraqlıdır, yaşanan
son hadisələrdən sonra Azərbaycan gəncliyi nə düşünür? Gəncləri öz
ətrafında birləşdirən təşkilat rəhbərləri müharibə olarsa, könüllü
olaraq orduya qatılarlarmı, yaxud partizan hərəkatı yaradıb, Qarabağa
müharibəyə gedərlərmi?
Belə bir fəaliyyətlə məşğul olmağa qanun icazə vermir və bu, birmənalı
olaraq, qadağan olunub. Bütün vəziyyəti dövlət tənzimləyir. Başqan da
keçən dəfəki fikrində vurğulayıb. Əgər Azərbaycanda hərbi əməliyyatlar
başlasa, Müsavat öz üzərinə düşən bütün işləri yerinə yetirəcək. Bu
məsələ dövlətin qanunları ilə tənzimlənməlidir. Ordu, müharibə ilə bağlı
qərarları dövlət verir. Hesab edirəm ki, sıravi vətəndaşların belə
məsələlərdə şəxsi təşəbbüs göstərmələri səmərəli deyil. Bu kimi hallar
1-ci Qarabağ müharibəsi zamanında olub. O zaman nizami ordu yox idi.
Amma hazırda artıq formalaşmış nizami ordumuz var. Hər hansı
özfəaliyyətə gərək yoxdur. Lakin özüm, təmsil etdiyim təşkilat, partiya
haqqında onu deyə bilərəm ki, istənilən Azərbaycan ərazisində görəv
verilərsə, müsavatçı gənclər, partiya rəhbərliyi, rayon təşkilatlarının
sədri olaraq, əlimizdən gələni etməyə hər zaman hazırıq”.
müharibə olarsa, istənilən təşəbbüsü göstərəcəklərini söylədi: “İndiyə
qədər müharibə olmasa da, artıq son proseslərdən sonra buna oxşar
təşəbbüs göstərdik. Şəhərin mərkəzində müharibənin başladılması tələbi
ilə imzatoplama aksiyası keçirdik. Mən də daxil olmaqla, üzvlərimiz həbs
edildi. Qaldı ki, müharibə başlayarsa, orduya qatılıb, Qarabağa
getməyə, onu qeyd edim ki, hazırda təşkilatımızın daxilində əsgərlik
həyatı keçmiş üzvlərimizin siyahısını tutmuşuq. Könüllü dəstə yaratmağı
düşünürük. Bunun üçün sosial bazamız var. Demək olar ki, biz hazır
vəziyyətdəyik”.
müraciət etdiklərini bildirdi: “Əvvəla, sosial şəbəkələrdə müharibənin
başladılması ilə bağlı event yaradan dostlara təşəkkür edirəm. Bu, çox
gözəl addımdır. Qarabağdakı döyüşlərlə bağlı dünən BAO GT-nın müdafiə
nazirinə müraciət oldu. Könüllü dəstələrin yaradilmasi, vətənimizin
ərazi bütövlüyü ilə bağlı gedən döyüşlərdə iştirak etməkdə qəti
qərarlıyıq. Artıq regionlardan olan gənclər də bu müraciətimizə qoşulub.
Mən çox istərdim ki, bu müraciətə hakimiyyətin yaratdığı gənclər
təşkilatları da qoşulsun. Vətəni sevmək bu günlərdə daha çox lazımdı.
Hələki BAO GT və Milliyyətçi Gənclər Təşkilatı bu işi dəstəkləyir”.
cür təşəbbüsləri dəstəkləmədiklərini qeyd etdi: “Təbii ki, müharibə
olarsa, iştirak etmək hər bir Azərbaycan vətəndaşının borcudur. Amma
ordu yaxud partizan hərəkatı yaradıb, Qarabağa yollanmaq kimi fikrilərlə
qətiyyən razı deyiləm. Bu, bir növ qanunlara hörmət etməmək deməkdir.
Çünki qanunlarımız bu halları qadağan edir. Müharibə təhlükəsi olarsa,
hamılıqla dövlətin yanında olmalıyıq. Bu, bizim mənəvi borcumuzdur”.
Short URL: http://www.cumhuriyyet.net/?p=10575