Abbas Abbasov bu gün Moskvada ad günü keçirir

05.08.2014 - 13:30

Azərbaycan baş nazirinin sabiq I
müavini, hazırda Moskvada yaşayan və Rusiyadakı Azərbaycan diasporunun
liderlərindən biri olan Abbas Abbasov bu gün 65 yaşını qeyd edir.
Virtualaz.org saytı xatırladır ki, A.Abbasov 1949-cu il, avqustun
4-də Gəncədə anadan olub. SSRİ dövründə partiya-təsərrüfat orqanlarında
yüksək vəzifələr tutub. 1991-ci ildə Azərbaycan prezidentinin müşaviri
təyin olunub. 1992-ci ildən 2006-cı ilədək olan müddətdə Azərbaycan baş
nazirinin I müavini vəzifəsində çalışıb. 2006-cı ildən etibarən Moskvada
yaşayır və Rusiyadakı Azərbaycan Milli-Mədəni Muxtariyyətinə rəhbərlik
edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=10576

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31