Türkiyədəki Azərbaycan diaspor təşkilatları birgə bəyanat yaydılar
“Azərbaycanın kədəri bizim kədərimiz,
sevinci bizim sevincimizdir”

sevinci bizim sevincimizdir” sözləri ilə başlayan bəyanatda bu günlərdə
cəbhə xəttində yaşanan dəhşətli hadisələrə toxunulub, Ermənistanın
işğalçı siyasəti pislənib.
işğalçı qurum bilməlidir ki, yeni “Xocalı”lar yaşanmayacaq. 1990-cı
illərdə işğal etdikləri torpaqlar əsla daimi onlarda qalmayacaq.
Azərbaycan dövləti güclü, suveren bir dövlətdir. Özünü müdafiə edəcək
hərbi qüvvələrə malikdir. Azərbaycan əsgəri döyüşü keçmişində aldığı
əxlaqi dəyərlərlə edər, əsla sadə vətəndaşları hədəf almaz və uşaqlara
qarşı silah istifadə etməz”.
təmin etmək bir yana, atəşkəsi təmin etmək iqtidarında olmayan,
müharibəni, qətliamı dəstəkləyən bir rəhbərlik heç zaman sərhədlərin
açılmasını tələb edə bilməz. Hər zaman olduğu kimi erməni xalqına da
deyirik ki, sizi sonu görünməyən bir tunelin içinə sürükləyən bu faşist,
irqçi, daşnak rəhbərliyindən xilas olmağa çağırırıq. Çünki Qafqazda
sülhün qarşısında ən böyük maneə bu daşnak rəhbərliyidir.
Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının üzvləri –
İstanbul Azərbaycanla Həmrəylik Dərnəyi, Ankara Azərbaycan Mədəniyyət
və Həmrəylik Dərnəyi, Muğla Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi,
Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi, Yalova Azərbaycan
Mədəniyyət və Həmrəylik Dərnəyi, Qars Azərbaycan Mədəniyyət və Həmrəylik
Dərnəyi, Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəkləri, İğdır
Azərbaycan Evi Dərnəyi, Beynəlxalq Azərbaycan Mədəniyyət Dil-Tarix
Araşdırma Mərkəzi və Kuşadası Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi
tərəfindən imzalanıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=10577