Erməni nazir ABŞ-dan kömək istədi

05.08.2014 - 18:36

Ermənistan hökuməti son vaxtlar cəbhə bölgəsində gedən şiddətli
döyüşlərdən sonra ciddi narahat olmağa başlayıb. Rusiyanın
Ermənistandakı səfiri İvan Volınkin cəbhədəki hadisələrlə bağlı
açıqlamasından sonra Ermənistanın narahatçılığı bir az da artıb və rəsmi
İrəvan ABŞ tərəfə üz tutub. 
ANS PRESS-in məlumatına görə, Ermənistan müdafiə nazirinin müavini David
Tonoyan ABŞ-a səfər edib. Onun Kanzas ştatının qubernatoru, general Li
Tafanelli ilə görüşündə hərbi əməkdaşlıq haqqında müzakirələr aparılıb.
Görüşün təfərrüatları barədə hələlik heç bir məlumat verilmir.
Qeyd edək ki, bir neçə gün əvvəl erməni jurnalistlər Rusiyanın
Ermənistandakı səfiri İvan Volınkinə rəsmi Moskvanın Kollektiv
Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvü olan Ermənistanın
təhlükəsizliyi üçün niyə heç bir addım atmaması barədə sual vermişdilər.
Səfir isə konkret cavab verərək sualdan yayınmışdı: “Bunun üçün
Ermənistan KTMT-yə rəsmi müraciət etməlidir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=10588

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31