Almaniyadan şok məlumat: burada ən çox türklər savaşır

05.08.2014 - 19:40

Almaniyanın “Die Welt” qəzeti “İraq Şam İslam Dövləti” təşkilatı üzvləri barədə maraqlı məlumat yayıb.

Almaniyanın “Die Welt” qəzeti “İraq Şam İslam Dövləti” təşkilatı üzvləri barədə maraqlı məlumat yayıb.
Axar.az xəbər verir ki, qəzet İŞİD-ə ən çox qatılan vətəndaşların ən çox Türkiyədən olduğunu bildirib. Qəzet bu barədə xəbərini “İŞİD-in Türk Birliyi” başlığında yayımlayıb.
Avropanın bir çox ölkəsindən İŞİD-ə qatılanlar olduğunu qeyd edən mətbuat orqanı terror təşkilatında ən çox türklərin vuruşduğunu bildirib.
Avropadan 1200 vətəndaşın Türkiyə üzərindən Suriyaya keçərək İŞİD-in tərkibində vuruşduğu, döyüşdükdən sonra təkrar Türkiyə vasitəsi ilə Avropa ölkələrinə qayıtdıqları vurğulanıb. Bunun isə Türkiyə-AB münasibətlərinə ciddi şəkildə mənfi təsir göstərdiyi qeyd edilib.
 10-15 min İŞİD-in üzvü olduğunu bildirən “Die Welt” Ankaranın məlumatına əsaslanaraq təşkilatın 10 faizini türklər təşkil etdiyini açıqlayıb.
Həmçinin Avropa ölkələrindən İŞİD-ə qatılmaq üçün gedənlərin əksəriyyətinin də türk mənşəli insanlar olduğu vurğulanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=10594

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31