"Orxan Zeynalov bu qətli törətməyib"

05.08.2014 - 20:22

Rusiyada
17 il həbs cəzasına məhkum olunmuş Azərbaycan vətəndaşı Orxan
Zeynalovun müdafiəçiləri məhkəmənin qərarından apellyasiya şikayəti
verib.

ANS TV-nin Moskva Şəhər Məhkəməsinə istinadən verdiyi məlumata
görə, Orxan Zeynalovun müdafiəçiləri onun qətl zamanı hadisə yerində
olmaması və qətlin başqası tərəfindən törədilməsi iddiası ilə çıxış
edib.
Qeyd edək ki, iyulun 28-də Moskva şəhər məhkəməsinin qərarı ilə O.
Zeynalov Yeqor Şerbakovu qətlə yetirməkdə günahkar bilinib və ona 17 il
həbs cəzası verilib.
Ötən il oktyabrın 10-da Rusiya paytaxtının Qərbi Birulyovo
rayonunda 25 yaşlı Y. Şerbakovun qafqazlı tərəfindən qətlə yetirilməsi
yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən
yüzlərlə rus milliyyətçisi və “skinhedlər” Qərbi Birulyovo rayonunda
yerləşən “Biryuza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına
hücum edərək orada çalışan Qafqaz və Orta Asyadan olan miqrantları
döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. 
“Skinhedlər” polislərə də müqavimət göstəriblər. Onlar ticarət
mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə
ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli
sakin yaralanıb.
Y. Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı O.
Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb
və vertolyotla Moskvaya aparılıb.
O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədi ilə törətdiyini söyləyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=10600

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31