ABŞ prezidentlərin görüşünü dəstəkləyir

05.08.2014 - 23:49

Cəbhə
xəttində baş verən döyüşlərlə bağlı beynəlxalq ictimaiyyətin reaksiyası
gəlməkdədir. ABŞ Dövlət Departamenti Ermənistan və Azərbaycan tərəfini
gərginliyin azaldılması üçün təcili tədbirlər görməyə və atəşkəsə hörmət
etməyə çağırıb. ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü
dəstəkləyir.

ANS-in Vaşinqton bürosunun məlumatına
görə, ABŞ-ın Dövlət Departamenti iyulun 31-də Ermənistan silahlı
qüvvələrinin hücumu nəticəsində Azərbaycan ordusunun 13 əsgərinin
öldürülməsi xəbərinə münasibət bildirdi. Departament sözçüsü həlak olan
və yaralananların ailələrinə başsağlığını bildirdi.
ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki deyir ki, “Biz
iyulun 31-dən başlayaraq, təmas xətti boyunca zorakılığın güclənməsilə
bağlı dərin narahatlıq hissi keçiririk. Biz həlak olanların və
yaralananların ailə üzvlərinə başsağlığımızı çatdırırıq. Biz tərəfləri
gərginliyi azaltmağa və atəşkəsə hörmət etməyə çağırırıq. Münaqişənin
hərbi yolla həlli ola bilməz. Qisas və zorakılıq dinc çıxış yolunun əldə
olunmasını daha da çətinləşdirəcək”.
Departament sözçüsündən Azərbaycan və Ermənistan liderlərinin
Rusiya prezidenti Vladimir Putinin himayəsi ilə keçirilməsi gözlənilən
görüşünə münasibəti öyrənirik. ABŞ bu görüşü dəstəkləyirmi? ATƏT-in
Minsk qrupunun üzvü kimi ABŞ-ın bu sülh prosesində rolu nə olacaq?
Departament nümayəndəsi görüşün təfərrüatlarını bilmədiyini, lakin
Rusiyanın da son zorakılıqla bağlı narahatlıq ifadə etdiyini, ABŞ-ın
tərəflər arasında dialoq üçün baş tutan görüşləri dəstəklədiyini deyir.
ABŞ-ın ATƏT-in Minsk Qrupundakı həmsədri səfir Ceymz Uorlikin bir
müddət əvvəl ölkəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətini
açıqladığını və Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundunun
Rambuye və Moskva Zirvə toplantılarından sonra ABŞ-da keçiriləcəyinin
güman edildiyini xatırladırıq. Xanım Psaki belə bir niyyətin rəsmən elan
edilmədiyini və yalnız planlaşdırıla bildiyini istisna etmədiyini
deyir.

Short URL: http://www.cumhuriyyet.net/?p=10605

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31